Şəhid İlkin Məmməzadə adına sinif otağı
Şagirdlərin vətənpərvərlik ruhunda böyüməsi və yetişməsi üçün məktəb hər zaman müxtəlif silsilə tədbirlər hazırlayır. Həmin silsilə tədbirlərdən biri məktəbdə növbəti Şəhid otaqlarının açılmasıdır.
Dekabrın 19 – da 44 günlük Vətən müharibəsinin Şəhidi, Tərtər Ağdərə istiqamətində gedən qızğın döyüşlərdə böyük şücaət və qəhrəmanlıq göstərən Baş leytenant İlkin Əzizağa oğlu Məmmədzadənin adına sinif otağının məhz onun doğum günündə açılması oldu . Tədbirdə şəhidin anası Fatma xanım, xüsusi təyinatlı qüvvələrin qazisi Elvın Vəliyev və Ədalət Məmmədov, məktəb rəhbərliyi, valideynlər ə şagirdlər iştirak edirdilər.
Tədbiri giriş sözü ilə açan 5ç sinif rəhbəri Ruhəngiz Cəbiyeva gələn qonaqları salamlayıb şəhidlərimizin keçdiyi döyüş yolundan, onun adının əbədiləşməsində məktəbdə görülən işlər haqqında qısaca məlumat verdi. Sonra şagirdlərdən İbrahim Süleymanlı, Günel Əliyeva Şəhid İlkin Məmmədzadə haqqında ətraflı məlumat verdilər. Şagirdlər tərəfindən ifa edilən "Baş leytenant" mahnısı qonaqlar tərəfindən alqışlarla qarşılanıb. Şəhid İlkin Məmmədzadə obrazı ilə anasının qarşılaşması səhnəsi tədbirin ən təsirli səhnələrindən oldu.
Sonda Şəhidin anası Fatma xanım, qazilər, eləcə də məktəbin direktoru Sevinc Musayeva çıxış edərək öz minnətdarlıqlarını bildirdilər.
Tədbirin sonunda xatirə şəkli çəkildi.