Müəllimlərlə iş – dərsin psixoloji təhlili

Dekabrın 13 –də məktəbin psixoloqu Nigar Bəkirova şagirdlərin təlim tərbiyə sahəsində aparılan işin səmərəliliyinin artırılması və fəal şəxsiyyətin formalaşdırmasında pedoqoji kollektivə dəstəyin göstərilməsi məqsədi ilə 3, 4, 5, 6 – cı siniflərin dərs prosesində iştirak edərək, dərs dinmələmə jurnalında qeydlər aparmışdır.
Dərsdinləmə "müəllim-şagird", "şagird-şagird" münasibətlərinin qarşılıqlı şəaritdə düzgün qurulması, müəllimin tədris müvəffəqiyyətini qiymətləndirməklə yanaşı bacarıqlarının inkişaf etdirilməsi, yenilik və dəyişikliklərin təbliği, peşəkar kömək etmə, çatışmazlıq və səhvlərin aşkar edilərək aradan qaldırılması və tədrisin inkişaf etdirilməsi məqsədi daşıyır.