Müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir

Dekabrın 12 – də məktəb rəhbərliyinin, müəllimləri və şagirdlərin iştirakı ilə Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir” adlı ümumməktəb tədbiri keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Ulu öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.  

Şagirdlərin təqdimatında kompozisiyalar, söylənilən şeirlər tamaşaçılar tərəfindən maraqla qarşılandı. Tədbirdə məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Yusifkənan Xuraman və tarix müəllimi Abdıyeva Əfsanə Heydər Əliyevin Şərəfli ömür yolundan danışdılar, Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, inkişafı və dünya miqyasında tanıdılması yolunda göstərdiyi xidmətləri xüsusi olaraq qeyd etdilər.

Məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçı Sevda Rzayeva Ulu öndərin zəngin siyasi irsi, liderlik keyfiyyətləri və xalqına bəxş etdiyi dəyərli töhfələrdən danışdı.

Tədbirin sonunda məktəbin direktoru Sevinc Musayeva Ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycanı daha xoşbəxt, insanları daha firavan görmək istəməsini, Ümummilli liderin söylədiyi  "İnsan üçün hər şeydən əvvəl onun vətənidir, torpağıdır. Bir çox əsrlər bu vətənin azadlığının, müstəqilliyinin arzusunda olmuşuq. İndi buna nail olmuşuq və bunu əziz tutmalıyıq" fikirlər tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi