“Azərbaycana fəda edilmiş şərəfli ömür” adlı dəyirmi masa
Dekabrın 11 – də məktəbin ktabxanasında Sevinc Rəhimova rus bölməsinin 5ə sinif şagirdləri ilə birgə Heydər Əliyev icması, siyasi həyatına həsr olunmuş “Azərbaycana fəda edilmiş şərəfli ömür” adlı dəyirmi masa təşkil etdilər.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə açan kitabxana müdiri Sevinc Rəhimova iştirakçılara müasir Azərbaycan dövlətinin memarı olan memarı və qurucusu Heydər Əliyevin Azərbaycan tarixində və beynəlxalq aləmdəki rolu və nüfuzu, uğurlu siyasəti barədə ətraflı məlumat verdi. Şagirdləri Ulu Öndərin bütün siyasi fəaliyyətini, həyatını əks etdirən kitab sərgisi ilə tanış etdi.
Şagirdlər Ulu Öndərin həyat və fəaliyyəti ilə bağlı məlumatlar, dahi şəxsiyyətə həsr olunmuş şeirlər və kəlamlardan sitatlar səsləndirdilər.
Dəyirimi masa Heydər Əliyev haqqında videoçarxın nümayişi ilə sona çatdı.