“Ulu öndərin ömür yolu” mövzusunda inşa yazı müsabiqəsi
Dekabrın 5 – də məktəbin fəaliyyət planına müvafiq olaraq məktəb rəhbərliyinin, məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Yusifkənan Xuramanın təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş “Ulu öndərin ömür yolu” mövzusunda inşa yazı müsabiqəsi keçirilmişdir.
İnşa yazı müsabiqəsinin keçirilməsində əsas məqsəd gənc nəsli Ulu Öndər Heydər Əliyev ideyaları ruhunda, onun zəngin irsi işığında yeni üsul və metodlarla tərbiyyə etmək, onun irsinin dövlətçilik, azərbaycançılıq, bəşəri konsepsiyasını, idarəçiliyini öyrənmək, öyrətmək təbliğ etmək, bu ideyalardan faydalanmaq, həyatımızda istifadə etməkdir.
İnşa yazı müsabiqəsində məktəbin VII, VIII sinif şagirdləri iştirak edirdilər. Şagirdlər müvafiq vaxt çərçivəsində inşa yazılarını yekunlaşdırıb məsul şəxsə təqdim etdilər.