Bədii qiraət dərnəyi “Ümummilli liderin anım günü”nə həsr olundu
Məktəbdə rus dili fənni üzrə fəaliyyət göstərən bədii qiraət dərnəyinin 9 dekabr tarixi Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olundu. Dərnək üzvləri böyük şəxsiyyətin həyatı və Azərbaycanımız naminə, ölkəmizin inkişafı yolunda gördüyü saysız – hesabsız işlər barədə məlumat verdilər. Həmçinin Ulu öndər Heydər Əliyevə,vətənə ,bayrağa həsr olunmuş şeirlər, mahnılar səsləndirdilər.
Sonda dərnək rəhbəri Aytən Məmmədova dərnək üzvlərinə bildirdi ki, Ulu öndər Heydər Əliyev Azərbaycanı dönməz müstəqilliyə ,inkişafa apardı.Azərbaycan xalqı xoşbəxtdir ki, bu ölkəyə Heydər Əliyev kimi müdrik insan, siyasi lider rəhbərlik edib və bu gün bu siyasət dövlət başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.