Yeniyetmələrin reproduktiv sağlamlığı
Noyabrın 26 – da məktəbin akt zalında məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçı Sevda Rzayeva, məktəbin psoxoloqu Nigar Bəkirova, məktəbin həkimi Ülviyyə Mirzəyeva və tibb bacısı Yeganə Daşdəmirova, məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Yusifkənan Xuraman və məktəbin biologiya müəllimi Nəzakət Məmmədli VII, VIII sinif şagirdləri ilə “Yeniyetmələrin reproduktiv sağlamlığı” mövzusunda psixoproflaktik və maarifləndirici tədbir təşkil etdilər.
Məqsəd şagirdlər arasında yeniyetməlik dövründə olan gənc nəslin sağlam tərbiyəsi istiqamətində maarifləndirmə işlərinin aparılması idi.
Tədbirdə yeniyetməlik dövrünün xüsusiyyətləri, şəxsi gigiyena qaydaları və onlara əməl olunmanın zəruriliyi barədə ətraflı məlumat verilməklə yanaşı, reproduktiv sağlamlığın insan üçün fiziki, mənəvi və sosial rifah vəziyyəti olduğunu, insan təkmilləşdikcə reproduktiv sağlamlığın da inkişaf etmədiyi qeyd olundu. Bu sağlamlığın təməlinin yeniyetməlik dövründə yaranmasını və bütün həyat boyu qorunub – saxlanması xüsusilə vurğulandı.
Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən tədbirdə mövzu ətrafında şagirdləri maraqlandıran suallar cavablandırıldı.