Yeni Azərbaycan Partiyası 32 il
Noyabrın 21 – də Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı və Binəqədi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının yaradılmasının 32-ci ildönümü münasibətilə təntənəli tədbir keçirildi. Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Milli Məclisin deputatları Kamaləddin Qafarov, Məlahət İbrahimqızı, qazilər, partiya fəalları, rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
Tədbirdən öncə Binəqədi rayonunda ulu öndər Heydər Əliyevin YAP Binəqədi rayon təşkilatının inzibati binası önündə ucaldılmış abidəsi ziyarət olundu, gül dəstələri qoyularaq əziz xatirəsi ehtiramla yad edildi.
Tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin Binəqədi rayonuna səfərlərindən ibarət foto sərgi ilə tanış oldular.
Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Tədbirin rəsmi hissəsi Yeni Azərbaycan Partiyasının 32 illik fəaliyyətindən bəhs edən videoçarxın nümayiş etdirilməsi ilə başlandı.
Tədbiri giriş sözü ilə açan Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev bu əlamətdar hadisə münasibətilə xalqımızı və bütün partiya fəallarını təbrik edərək ümummilli lider Heydər Əliyev ideyalarının uğurla davam etdirilməsi ilə ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın mühüm uğurlar qazandığını, bu siyasətin davamının ölkəmizi daha da işıqlı gələcəyə aparacağını və dünyadakı nüfuzunu möhkəmləndirəcəyini, dövlətimizin hərtərəfli inkişafı və xalqımızın tərəqqisi naminə həyata keçirilən islahatların ölkəmizin daha böyük və əsaslı uğurlarına zəmin yaradacağını, bu gün sürətli inkişaf edən müstəqil Azərbaycanımızı uğurlu inkişafa aparan bu yolda hər bir Azərbaycan vətəndaşının Yeni Azərbaycan Partiyasının sədri cənab Prezident İlham Əliyevin siyasi kursunu dəstəklədiyini və böyük əzmlə dövlətin, xalqın, vətənin mənafeyi naminə səy göstərdiyini qeyd etdi. Rayon İcra Hakimiyyətinin başçısı çıxışının sonunda Yeni Azərbaycan Partiyasının bütün üzvlərini bu əlamətdar gün münasibətilə təbrik edərək onlara uğurlar arzu etdi.
YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Milli Məclisin deputatı Məlahət İbrahimqızı, Milli Məclisin deputatı Kamaləddin Qafarov öz çıxışlarında bütün qonaqları partiyanın yaradılmasının ildönümü münasibətilə təbrik etdi. Yeni Azərbaycan Partiyasının 32 illik tarixi dövründə olduqca şərəfli və məsuliyyətli yol qət etdiyini, öz siyasi xətti və fəaliyyəti ilə xalqın partiyasına çevrildiyini iştirakçıların diqqətinə çatdırıldı.
Tədbirin rəsmi hissəsi bitdikdən sonra partiyanın və rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup şəxs Fəxri Fərmanla təltif edildi. Məktəbin direktoru Sevinc Musayeva təltif olunan tədbir iştirakçıları sırasında yer aldı.
Məktəbin direktoru Sevinc Musayevanı bütün kollektiv adından təbrik edir, uğurlaq arzu edirik!
Tədbirin sonunda YAP-ın himni səsləndirildi.