“Dalğalan bayrağım, Qarabağımda!”

Noyabrın 7 – də məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Elnarə Abbasova 5c sinfində “Dalğalan bayrağım, Qarabağımda!” adlı dəyirmi masa keçirdi.

Dəyirmi masa Azərbaycan Respublikasının Dövlət Himninin ifası ilə başladı. Şagirdlər Milli suverenliyimizin simvolu olan bayrağımızın şəninə şeirlər söylədilər. Aparıcılar dövlət bayrağındakı üç rəngin ifadə etdiyi mənanı və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “Türkçülük, müasirlik və islamçılıq” düsturunun müəllifinin görkəmli Azərbaycan mütəfəkkiri Əli bəy Hüseynzadə olduğunu xüsusilə diqqətə çatdırdılar. Daha sonra Elnarə Abbasova çıxış edərək, Azərbaycan bayrağına ən böyük diqqət və qayğını cənab İlham Əliyevin göstərdiyini söylədi və Dövlət bayrağı meydanı haqqında məlumat verdi.

Sonda məktəbin direktoru Sevinc Musayeva çıxış edərək bildirdi ki, biz çox xoşbəxt xalqıq, çünki bizim bayrağımız nəinki Bakıda, dünya dövlətlərinin bayraqları ilə yanaşı BMT qarşısında eyni zamanda işğaldan azad olmuş ərazilərimizdə, yəni Azərbaycanın hər guşəsində dalğalanır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi