"Böyük zəfərin başlangıcı"

Sentyabrın 27 – də məktəbin tarix müəllimlərinin təşkilatçılıgı ilə, “27 Sentyabr Anım Günü”nə həsr olunmuş "Böyük zəfərin başlangıcı" adlı ümumməktəb tədbiri keçirildi. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər və şagirdlər iştirak edirdilər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Vətənimizin azadlıgı və ərazi bütövlüyü ugrunda canlarından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Şagirdlər “27 Sentyabr Anım Günü”nə həsr olunnuş şeirlər səsləndirib, kompozisiyalar təqdim etdilər.

İkinci Qarabag müharibəsi zamanı şəhid olmuş Rəşad Agayev haqqında videoçarx nümayiş etdirildi. Tarix müəllimi Əfsanə Abdıyeva  Milli Ordumuzun 27 sentyabr 2020 – ci ildə başlayan 44 günlük uğurlu əks – hücum əməliyyatları nəticəsində ərazi bütövlüyümüzü və suverenliyimizi təmin etmələrini qürur və fəxrlə söylədi.  

Məktəbin direktoru Sevinc Musayeva öz çıxışında 30 illik işğala son qoyan 44 günlük Vətən müharibəsinin başladığı 27 sentyabr tarixini qəhrəmanlıq, vətənpərvərlik rəmzinə çevrilən şəhidlərimizin müqəddəs xatirələrinin qəlbimizdə əbədi yaşayacağını hər kəsin diqqətinə çatdırdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi