Tam orta təhsil kursu üzrə attestatlar təqdim olundu

İyulun 3 – də məktəbdə məktəb rəhbərliyi, müəllimlər, valideynlər və şagirdlərin iştirakı ilə tam orta təhsil kursu üzrə adi və fərqlənmə attestatları təqdim edildi.

Məktəbin direktoru Fuad Babayev XI siniflər üzrə keçirilmiş buraxılış imtahanında yüksək nəticə göstərən şagirdləri, fərqlənmə attestatı ilə bitirən şagirdlərin valideynlərini  təbrik etdi.  

2023 – 2024 – cü tədris ilində ümumi təhsil pilləsi üzrə ümumilikdə  117 nəfər şagirdə attestatlar təqdim olundu. Məktəbin XI siniflər üzrə 106 nəfər şagirdi adi attestatla (Azərbaycan bölməsi üzrə - 82 nəfər, rus bölməsi üzrə - 24  nəfər), 11 nəfər şagird isə fərqlənmə attestatı ilə (Azərbaycan bölməsi üzrə - 9 nəfər, rus bölməsi üzrə - 2  nəfər) başa vurdu.  

Valideynlər, şagirdlər məktəbdə keyfiyyətli və sağlam təhsil mühiti yaradılmasına görə məktəb rəhbərliyinə təşəkkürlərini bildirdilər.

Sonda xatirə şəkilləri çəkildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi