Məktəbin şagirdləri Respublika Fənn Müsabiqəsinin qalibləri sırasında!

İstedadlı uşaqların aşkar olunması, şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması, aşağı sinif şagirdlərinin müxtəlif fənlərə olan marağının artırılması və onlarla məqsədyönlü işlərin aparılması məqəsilə 6-ci siniflər arasında keçirilən Respublika Fənn Müsabiqələrinin qalibləri elan olunmuşdur. Müsabiqənin nəticələrinə əsasən məktəbin  şagirdi Hənifə Qasımova yüksək nəticə göstərərək gümüş Medala, Camal Qasımov, Ayan Mahmudzadə Təbiət fənni üzrə bürünc Medallara, Humay Cəbiyeva, Əsmər Həmzəyeva, Mehrəli Tağızadə isə İnformatika fənni üzrə bürünc Medallara layiq görülmüşdür.

Bu qələbə münasibətilə bütün pedaqoji kollektivi, fənn müəllimlərini Nəzakət Məmmədli, Naidə İsayeva,  Aynur Mürşüdova, Sahilə Muradovanı və məktəbin şagirdlərini təbrik edirik!

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi