Son zəng

İyunun 14 – də məktəbdə ənənəvi “Son zəng” tədbiri keçirildi. Tədbir dövlət himninin səsləndirilməsi ilə başladı. Azərbaycanın müstəqilliyi, azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Əsgər geyimli şagirdlər əllərində Azərbaycan bayrağı  məktəbin şəxsi heyətinin Son zəng tədbirinə hazır olması ilə bağlı raport verdi.

Aparıcılar tədbir iştirakçılarını salamladıqdan sonra on birinciləri dəvət etdilər. Məktəbin direktoru Fuad Babayev tədbir iştirakçılarını salamladı, bu gündən etibarən qədəm qoyduqları müstəqil həyatda məzunlara uğurlar arzuladı və məktəbin illik müvəqqiyyət hesabatını iştirakçıların diqqətinə çatdırdı. Tədbirdə iştirak edən qonaqlar - Binəqədi rayon bələdiyyəsinin müavini Qüdrət Verdixanov, məktəbin şagirdi şəhid Rəşad Ağayevin atası Rövşən Ağayev, evdə təhsil üzrə məktəbi müvəffəqiyyətlə bitirən  11b sinif şagirdi Nihad Yusifovun anası Lamiyə Yusifova çıxış edərək məzunları təbrik etdilər və xoş arzularını dilədilər.

Məktəbin kiçik fidanları olan birincilər öz şeirləri ilə on birincilərə uğurlu yol arzuladılar. Daha sonra iqlim dəyişmələrinə qarşı  qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə Cənab prezident İlham Əliyevin Azərbaycan Respublikasında 2024-cü ili "Yaşıl dünya naminə həmrəylik ili" elan etməsi haqqında məlumat verildi. On birincilər öz çıxışlarında əldə etdikləri nailiyyətlərə görə məktəb rəhbərliyinə, pedaqoji heyətə öz  təşəkkürlərini bildirdilər. Məzunların təqdim etdikləri rəqslər tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılandı.  

Ənənəvi olaraq on birincilər bilik açarını öz davamçıları olan onunculara təqdim etdilər.

Məzunları müstəqil həyata səsləyən son zəng çalındı. Tədbir 11a sinif şagirdi Əli Eyvazov və xor qrupunun "Ey əziz anam, Azərbaycan" musiqisinin ifası ilə sona çatdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi