BSQ – lərə start verildi
Məktəbin fəaliyyət planına əsasən şagird nailiyyətinin qiymətləndirilməsi məqsədilə BSQ üçün təsdiq olunmuş məktəbdaxili qrafikə müvafiq olaraq iyunun 3 – də ikinci yarımilin Böyük Summativ Qiymətləndirmələrinin keçirilməsinə start verildi. BSQ – lər məktəbin Azərbaycan və rus bölmələri üzrə IX siniflərdə tədris dili, ədəbiyyat və XI sinifləri üzrə kimya, fizika fənlərindən keçirildi. Şagirdlər onlara təqdim olunan tapşırıqları ayrılmış zaman müddətində yerinə yetirdilər.
Şagirdlərin sərbəst işi məktəb rəhbərliyi tərəfindən təmin edildi. Qiymətləndirmə bitdikdən sonra sual kitabçaları yığılıb yoxlanmaq üçün məsul şəxsə təhvil verildi.