“Uşaqlar bizim gələcəimizdir”
Mayın 31 – də məktəbin ibtidai sinif müəllimi Rəfiqə Əliyevanın 2a sinif şagirdləri ilə birgə təşkilatçılığı ilə “1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr edilmiş “Uşaqlar bizim gələcəyimizdir” adlı tədbir keçirildi. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər və valideynlər iştirak edirdilər.
Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsindən sonra şagirdlər bir çox dünya xalqlarının dilində tədbir iştirakçılarını salamladılar.
Tədbirdə şagirdlər söylədikləri şeirlərdə, səsləndirdikləri mahnılarda, təqdim etdikləri səhnəciklərdə sülh, əmin – amanlıq arzularını, dostluq, qardaşlıq istəklərini ifadə etdilər. Azərbaycan və dünya xalqlarına məxsus mahnılar oxuyub, rəqslər ifa edib, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər. Şagirdlərin təqdim etdikləri səhnəciklərdə “Pinti Kamal”, “Axmaq canavar”, “Müasir turpun nağılı”, “Dovşanın evi”, “Huşsuz pişik” adlı nağıllara müasir yanaşmalar tədbir iştirakçıları tərəfindən maraqla qarşılandı.
Şagirdlər tədbir boyu dövlətin hər bir uşağa göstərdiyi diqqət və qayğıdan, onların hüquqlarının qorunmasından, uşaqların inkişafı istiqamətində görülən işlərdən bəhs etdilər.
Rəfiqə Əliyeva şagirdləri bayram münasibətilə təbrik edərək, bütün uşaqlara sağlam, xoşbəxt və sülh içində yaşayacaqları bir dünya arzu etdi.