Müstəqillik günü
28 May 1918 – ci il tarixində müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 106 il ötür. Azərbaycanın Milli bayram 1990 – cı ildən ölkədə dövlət bayramı kimi, 2020 – ci ildən işğaldan azad olunan torpaqlarda da qeyd olunur.
Mayın 27 – də məktəb rəhbərliyinin və valideynlərin iştirakı ilə rus bölməsinin ibtidai sinif müəllimi Günay Əşrəfova 4e sinif şagirdləri ilə birgə “28 May Müstəqillik Günü”nə həsr olunmuş tədbir keçirdi.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra şagirdlər müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cumhuriyyətinin qısa ömründə böyük nailiyyətləri və qalibiyyətləri haqqında ətraflı məlumatlar verdilər. Onlar Cümhuriyyət dövründə 26 iyun 1918-ci ildə Azərbaycan ordusunun yaradılması haqqında, 27 iyun 1918-ci ildə Azərbaycan (Türk) dilinin dövlət dili elan edilməsi haqqında, 9 noyabr 1918 – ci il tarixində Cümhuriyyətinin üç rəngli bayrağı haqqında, dünya tarixi üçün mühüm sayılan hadisə olan Türk Dünyasında və Müsəlman Aləmində, ilk dəfə qadına seçmək və seçilmək hüququ verən qanun imzalandığı söylədilər.
"Kitabi Dədə Qorqud" dastanından təqdim olunan səhnəcik, ifa etdikləri “Şuşanın dağları” rəqsi, səsləndirdikləri “Yaşa Azərbaycan!” mahnısı tədbiri daha da rəngarəng etdi.
Sonda Günay Əşrəfovanın səsləndirdiyi “Bu gün işğaldan azad olunmuş tarixi ərazilərimizdə qürurla dalğalanan üçrəngli Azərbaycan bayrağının müstəqillik günümüzə ən böyük hədiyyədir!” fikri alqışlarla qarşılandı.