“Azərbaycanın COP 29 –a sədrliyi qlobal şimal və cənub arasında körpüdür” adlı dəyirmi masa
“Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının və Paris sazişinin Tərəflər Görüşünün 6 – cı sessiyasının təşkil edilməsi ilə bağlı Elm və Təhsil Nazirliyinin Tədbirlər Planına müvafiq olaraq mayın 23 – də məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçı Sevda Rzayevanın, məktəbin coğrafiya müəllimlərinin təşkilatçılığı ilə məktəbin 7 və 8 – ci sinif şagirdləri ilə “Azərbaycanın COP 29 –a sədrliyi qlobal şimal və cənub arasında körpüdür” adlı dəyirmi masa keçirildi.
Dəyirmi masa Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Şagirdlərin hazırladıqları “COP 29”, “Ətraf mühiti qoruyaq”, “Ətraf mühitin çirklənməsinin insan sağlamlığına təsiri”, “Atmosferi çirkləndirən amillər” adlı təqdimatlar maraqlı müzakirələrlə davam etdirildi.
Məktəbin coğrafiya müəllimi Xalidə İsmayılova “COP 29” - un ölkəmizdə keçirilməsinin əhəmiyyətindən bəhs edərək Tədbirlər Planınna müvafiq olaraq bu istiqamətdə keçirilən bütün tədbirlərin gənc nəslin tərbiyəsində və ekoloji dünyagörüşün formalaşdırılmasında müstəsna rolundan danışdı. Xalidə qeyd etdi ki, təbiəti və onun bizə bəxş elədiyi bütün təbii resursları olduğu kimi saxlamaq, ekoloji tarazlığı qorumaq hər bir insanın mənəvi borcudur.
Məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçı Sevda Rzayeva azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunmasından, həmin ərazilərdə “yaşıl zona”, “ağıllı şəhər”, “ağıllı kənd” kimi innovativ yanaşmaların tətbiq edilməsindən, ekosistemin bərpasından danışdı.