COP 29 – “Ağıllı şəhər”, “Ağıllı kənd” layihəsi

“Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının və Paris sazişinin Tərəflər Görüşünün 6 – cı sessiyasının təşkil edilməsi ilə bağlı Elm və Təhsil Nazirliyinin Tədbirlər Planına müvafiq olaraq mayın 23 – də məktəbin ingilis dili müəllimi Rövşanə Musəvi 6a sinfində keçdiyi dərs  layihə çərçivəsində ətraf mühit problemlərinə həsr olundu.

Rövşanə Musəvi Bakıda COP29 tədbirinin keçirilməsi, ölkədə "Yaşıl dünya naminə həmrəylik ili" elan olunması ilə təhsil müəssisələrində görülən işlərin ətraf mühitin problemlərinə qarşı mübarizədə  vacib vərdişlərin formalaşdırılmasının əhəmiyyətindən danışdı.

Şagirdlər öz araşdırmaları əsasında hazırladıqları təqdimatlarda qlobal istiləşmənin səbəbləri və həll yolları haqqında məlumatlar verdilər. Dövlətimizin bu yolda artıq bir çox işlər gördüyünü bildirdilər. İşgaldan azad olunmuş torpaqlarda "Ağıllı kənd", "Ağıllı şəhər " layihələrinin uğurla həyata keçirildiyini qeyd etdilər.

 Şagirdlər yaşıl dünya naminə öz öhdələrinə düşən işləri layiqincə yerinə yetirməyə çalışacaqlarını söylədilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi