“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində – “İqlim dəyişkiliyi” ilə bağlı sənədli film

Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı Azərbaycan Respublikası Elm və Təhsil Nazirinin 15.03.2024 – cü il tarixli, 3-29/3-145F/2024 nömrəli əmri ilə Tədbirlər Planı təsdiq edilmişdir. Tədbirlər Planına müvafiq olaraq “Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçı Sevda Rzayeva, məktəbin informatika müəllimi Gültəkin Xasıyevanın təşkilatçılığı ilə məktəbin VII, VIII sinif şagirdləri ilə iqlim dəyişikliyi və COP 29 – la bağlı sənədli filmə baxış keçirilmişdir. Məqsəd  şagirdlərdə ətraf mühitin qorunması məsələsi ilə bağlı maariflənmənin artırılması olmuşdur.

Gültəkin Xasıyeva “Yaşıl dünya naminə həmrəylik ili” və ölkəmizdə keçiriləcək COP 29 haqqında şagirdlərə məlumat verdi,  ölkəmizin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına tərəf olmaqla, qlobal iqlim dəyişmələrinə qarşı mübarizəyə qoşulduğunu şagirdlərin diqqətinə çatdırdı. Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad olunmuş torpaqlarımızı “Yaşıl enerji” zonası elan etməsinin təqdirəlayiq olduğunu qeyd etdi.

Məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçı Sevda Rzayeva “İqlim dəyişikliyi”nin həm dünya, həm də ölkəmiz üçün nə qədər aktual olduğunu söylədi, şagirdlərin iqlim dəyişiklikləri ilə bağlı fəaliyyətə cəlb olunması üçün belə maarifləndirici görüşlərin zəruri olduğunu qeyd etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi