“Nadir və nəsli kəsilmək təhlükəsi altında olan fauna və flora növləri” mövzusunda dərs
Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı Azərbaycan Respublikası Elm və Təhsil Nazirinin 15.03.2024 – cü il tarixli, 3-29/3-145F/2024 nömrəli əmri ilə Tədbirlər Planı təsdiq edilmişdir. Tədbirlər Planına müvafiq olaraq “Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində mayın 8 – də məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçı Sevda Rzayevanın, məktəbin coğrafiya müəllimi Xalidə İsmayılova və Məlahət Əliyevanın, biologiya müəllimi Zərnişan Rüstəmovanın təşkilatçılığı ilə açıq havada “Nadir və nəsli kəsilmək təhlükəsi altında olan fauna və flora növləri” mövzusunda dərs keçirildi. Fənn müəllimləri nadir və nəsli kəsilmək təhlükəsi altında olan bir sıra flora növləri – Qafqaz dağdağanı, qrossheym südlüyəni, qəşəng süsən, sirkənvari həlməl , adi əncir , adi nar və fauna növləri – Merkuri və Linden iynəcəsi, qısaqanad bolivariya, qıvrımələk qutan, çəhrayı qutan, adi ərsindimdik, adi göydimdik, kiçik qu quşu , ağquyruq dəniz qartalı (Haliaeetus albicilla), saqqallı kərkəs, Kiçik Asiya kərtənkələsi, Suriya sarımsaqiylisi mühafizə olunduğunu şagirdlərin diqqətinə çatdırdı. .
Şagirdlərə ekoloji tarazalığın bərpası, atmosferi oksigenlə zənginləşdirmək, yaşıllıqların qorunmasını təbliğ etmək üçün məktəbin həyətyanı sahəsində dekorativ gül kolları əkildi.
Şagirdlər aksiyada böyük həvəslə iştirak etdilər.