"Tarix yazan şəxsiyyət” adlı intellektual oyun
Mayın 8 – də Ulu öndər Heydər Əliyevin anadan olmasının 101 – ci ildönümü münasibətilə “Tarix yazan şəxsiyyət” adlı intellektual oyun keçirildi. İntellektual oyunun keçirilməsində əsas məqsəd Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinin şagirdlər tərəfindən daha dərindən öyrənilməsi və onların intellektual inkişafına təkan vermək olmuşdur.
İntellektual oyunda məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçı Sevda Rzayeva, müəllimlər və şagirdlər iştirak edirdilər. Oyunda VII siniflərdən ibarət 3 komanda – “Zirvə” , “Zəka” və “Zəfər” öz biliklərini sınadılar.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra məktəbin tarix müəllimi Əfsanə Abdıyeva intellektual oyunun şərtləri haqqında komandaları təlimatlandırdı.
Hər üç komanda verilən suallar ətrafında yüksək rəqabət hissi ilə yarışdılar. Oyunun sonunda tarix müəllimləri tərəfindən komandaların cavablarına müvafiq olaraq “Zirvə” komandası – I yerə, “Zəka” komandası – II yerə və “Zəfər” komandası – III yerə layiq görülmüşdür.
Sonda məktəb rəhbərliyi tərəfindən komandalara diplom verildi.