“Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli lider Heydər Əliyevin rolu” adlı dəyirmi masa

Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı Azərbaycan Respublikası Elm və Təhsil Nazirinin 15.03.2024 – cü il tarixli, 3-29/3-145F/2024 nömrəli əmri ilə Tədbirlər Planı təsdiq edilmişdir. Tədbirlər Planına müvafiq olaraq “Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində milli – mənəvi dəyərlərimizin qorunması və zənginləşdirilməsi, şagirdlərin bu dəyərlərə məhəbbət ruhunda tərbiyə olunması məqsədilə mayın 7 – də məktəbin coğrafiya müəllimi Ülviyyə Naibovanın təşkilatçılığı ilə “Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli lider Heydər Əliyevin rolu” adlı dəyirmi masa keçirildi. Dəyirmi masada məktəb rəhbərliyi, müəllimlər, VIII sinif şagirdləri iştirak etdilər.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra fənn müəllimi Ülviyyə Naibova ölkəmizdə ekologiyanın, ətraf mühitin qorunmasına xüsusi önəm verildiyini vurğulayıb, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən ekoloji siyasət haqqında iştirakçılara məlumat verdi.

Şagirdlər Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə təbiətə qayğıkeş münasibəti, Azərbaycanın ətraf mühit problemləri, bioloji müxtəlifliyin qorunması, müasir dövrdə ekologiya və ətraf mühitin qorunmasında rəqəmsal texnologiyalar, süni intellekt faktoru və s. haqqında topladıqları informasiyaları təqdim etdilər.

Sonda məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçı Sevda Rzayeva iştirakçılara öz təşəkkürünü bildirərək, sağlam həyatın təminatçısı olan yaşıllığı qorumağı şagirdlərə tövsiyyə etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi