"Spektrum" intellektual yarışı – II yer

Prezidenti İlham Əliyevin 25 dekabr 2023 – cü il tarixli Sərəncamı ilə 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Sərəncamda qeyd edilir ki, Azərbaycanın 2030 – cu ilə qədər sosial – iqtisadi inkişafa dair beş milli prioritetlərindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilib. Həmin prioritetə uyğun olaraq ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır.

Mayın 4 –də "5 nömrəli Uşaq-Gənclər lnkişaf Mərkəzi" Publik Hüquqi Şəxsin təşkilatçılığı ilə Bakı șəhərində fəalilyyət göstərən uşaq-gənclər inkişaf mərkəzlərinin dərnək üzvləri arasında "Spektrum" intellektual yarışı keçirilib. "İntellektual yarışın keçirilməsinin məqsədi ətraf mühitin qorunması, dərnək üzvlərində təbiətə qayğı hissini, ekoloji mədəniyyəti və maarifləndirməni inkişaf etdirmək, onların sağlamlığının qayğısına qalmaqdır.

Tədbirdə Azərbaycan Respublikasının Himni səsləndirilib,Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Məktəbin “Ekstrim” komandası yarışda uğurla iştirak edərək II yerin qalibib olmuşdur.

Qalib komandanı təbrik edirik və uğurlar arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi