Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib
1 – 4 may tarixlərində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Stolüstü Tennis Federasiyasının birgə təşkilatçılığı ilə yeniyetmə və gənc stolüstü tennisçilər arasında ölkə birinciliyi keçirilmişdir. Yarışda gənc tennisçilər şəxsi, qoşa və qarışıq qoşa növlər kateqoriyasında mübarizə aparıblar.
2005 – 2008 – ci il təvəllüdlü idmançıların qoşa və komanda yarışında məktəbin Xç sinif şagirdi Mürşüdlü Ziya hər iki kateqoriya üzrə III yeri tutmuşdur.
Fəxri kürsüyə qalxan idmançılara Azərbaycan Stolüstü Tennis Federasiyasının vitse-prezidenti Elmar İslam, baş katibi Könül Mikayılova və Azərbaycan Gənclər və İdman Nazirliyinin idman səfiri, tanınmış taekvondoçu Fəridə Əzizova tərəfindən AGİN-in diplom və medalları, həmçinin ASTF-nin mükafatları təqdim olunub.
Məktəbin şagirdini təbrik edir, uğurlar arzu edirik!