"Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində “Xəzərin sahilidə” adlı ekoturizm yarışı – I yer

Aprelin 27 – də Bakı şəhəri “3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi” Publik Hüquqi Şəxsin təşkilatçılığı ilə Abşeron Milli Parkının ərazisində yerləşən Şah Dili adasında "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində Bakı şəhərində fəaliyyət göstərən uşaq – gənclər inkişaf mərkəzlərinin dərnək üzvləri arasında “Xəzərin sahilində"  adlı komandalarası ekoturizm yarışı keçirildi.

Yarış 13-15 yaşlı uşaqlar arasında təşkil olundu. Yarışda Bakı şəhərində fəaliyyət göstərən uşaq-gənclər inkişaf mərkəzlərindən 6 nəfər istirakçı olmaqla dərnək üzvlərindən ibarət ümumilikdə 7 komanda iştirak etdi.

Yarışın keçirilməsində əsas məqsəd uşaq – gənclər inkişaf mərkəzlərinin gənc dərnək üzvləri arasında ekoloji mədəniyyəti gücləndirmək, Xəzər dənizinin sahilyanı ərazisinin təmiz saxlanılmasını təbliğ etmək, iştirakçılar arasında birlik, dostluq əlaqələrini möhkəmləndirmək, onlar arasında komanda ruhunu yaratmaq idi.

Bütün iştirakçılar  adıçəkilən layihədə iştirak edərək doğma vətənimizin canlı fauna və florasının qorunmasında ürəklə iştirak etdilər. Xəzər dənizinin sahilyanı ərazisinin  təmizliyi üçün  də ürəklə çalışdılar. Bütün iştirakçılar yarışda həvəs və maraqla istirak etdilər. Yarışın tələblərini uğurla yerinə yetirən komandalar seçilərək I, II, III yerlərə layiq görülərək, Fəxri Fərman, diplom  və hədiyyələrlə təltif olundular.

6 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi Publik Hüquqi Şəxsin “Ekstrim” komandasının üzvü məktəbin 9c sinif şagirdi Nuray Musazadə ekoturizm yarışında I yeri tutmuşdur. 

Ekoloji layihədə iştirak edən və I pillədə yer alan məktəbin şagirdini təbrik edirik!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi