“Füzuli dünyası” adlı ədəbi – bədii viktorina

"Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə əlaqədar aprel ayı ərzində  “Məhəmməd Füzuli ayı” layihəsi davam edir.

 Layihənin keçirilməsində məqsəd məktəblilər arasında milli – mənəvi dəyərləri təbliğ etmək, dahi şairin zəngin ədəbi – bədii irsi ilə bağlı gənc nəsli maarifləndirmək, onların yaradıcılıq, intellektual qabiliyyətlərinin inkişafı üçün şərait yaratmaq, eləcə də gənc istedadları üzə çıxarmaqdır.

  Layihə çərçivəsində aprelin 26 – da məktəb rəhbərliyinin, məktəbin  Azərbaycan dili ədəbiyyat müəllimlərinin təşkilatçılığı ilə VIII sinif şagirdləri arasında  “Füzuli dünyası” adlı ədəbi – bədii viktorina təşkil olundu. “Zəka”, “Zəfər” və “Qarabağ” komandaları dahi şairin dərin irsi, həyatı, yaradıcılığı haqqında sualları cavablandırdılar. Şairin əsərlərindən nümunələr şagirdlər tərəfindən səsləndirildi.

                   Yüksək rəqabət hissi ilə keçirilən viktorinada “Zəka” komandası qalib gəldi.   

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi