“Füzuli dühası” adlı dəyirmi masa
"Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə əlaqədar aprel ayı ərzində “Məhəmməd Füzuli ayı” layihəsinə start verilib.
Layihənin keçirilməsində məqsəd məktəblilər arasında milli – mənəvi dəyərləri təbliğ etmək, dahi şairin zəngin ədəbi – bədii irsi ilə bağlı gənc nəsli maarifləndirmək, onların yaradıcılıq, intellektual qabiliyyətlərinin inkişafı üçün şərait yaratmaq, eləcə də gənc istedadları üzə çıxarmaqdır.
Layihə çərçivəsində aprelin 24 – də məktəbin Azərbaycan dili ədəbiyyat müəllimi Aytəkin Rzayeva 6a sinif şagirdlərinin iştirakı ilə Şərq poeziyasının klassik şairi Məhəmməd Füzulinin anadan olmasının 530 illiyinə həsr olunmuş “Füzuli dühası” adlı dəyirmi masa keçirdi. Dəyirmi masada şagirdlər şairin həyat və yaradıcılığı haqqında məlumat verdilər. Dahi şairin “Məni candan usandırdı”, “Söz” qəzəllərini böyük məharətlə söylədilər.
Fənn müəllimi Aytəkin Rzayeva: “ Füzuli poeziyası Azərbaycan dilinin inkişafında mühim rol oynamış, onun artıq Azərbaycan klassik poeziyasında daha yüksək icnəlik səviyyəsinə çatmasına kömək etdmişdir. Dahi şair Azərbaycan, fars və ərəb dillərində şeir və nəsr ərsəyə gətirmişdir” fikirlərini səsləndirdi.
Sonda şairin həyat və yaradıclığından bəhs edən videoçarx nümayiş etdirildi.