Yaşıl dünya naminə həmrəylik ili – ağacəkmə aksiyası

Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı Azərbaycan Respublikası Elm və Təhsil Nazirinin 15.03.2024 – cü il tarixli, 3-29/3-145F/2024 nömrəli əmri ilə Tədbirlər Planı təsdiq edilmişdir. Tədbirlər Planına müvafiq olaraq “Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ekoloji tarazalığın bərpası, atmosferi oksigenlə zənginləşdirmək, yaşıllıqların qorunmasını təbliğ etmək üçün məktəbin həyətyanı sahəsində ağacəkmə aksiyası təşkil olundu.
Ağacəkmə aksiyasını məktəbin ibtidai sinif müəllimi Rəfiqə Əliyeva 2a sinif şagirdləri ilə birgə həyata keçirildi. Şagirdlər aksiyada böyük həvəslə iştirak etdilər.