Oxu gününə gəl və oxuduqlarını oxumayanlarla paylaş

Aprelin 22 – də kitabxana mudiri Sevinc Rəhimovanin təşkilatçılığı ilə məktəbin akt zalında "Oxu gününə gəl və oxuduqlarını oxumayanlarla paylaş" adlı tədbir keçirildi. Tədbirdə kitabxana müdiri Sevinc Rəhimova, məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçı Sevda Rzayeva, UBTR Samirə  İbrahimova, məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimləri, valideynlər və şagirdlər iştirak edirdilər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Məktəbin kitabxana müdiri Sevinc Rəhimova tədbiri giriş sözü ilə açaraq YUNESKO – nun qərarına əsasən, hər il 23 aprel tarixinin beynəlxalq səviyyədə “Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü” kimi qeyd edildiyini şagirdlərin diqqətinə çatdırdı, bu günün beynəlxalq səviyyədə qeyd edilməsinin əhəmiyyəti və mahiyyətini izah etdi. Tədbirdə ən fəal  oxucular il boyu oxuduqları kitablardan birinin təqdimatıni iştirakçılara təqdim etdilər. Şagirdlərin bu formada təqdimatı yoldaşlarında mütaliəyə böyük maraq oyatmaqla paralel olaraq başqalarını dinləmək və dəyərləndirmək keyfiyyətini də formalaşdırdı.

"Oxu günü" çərçivəsində tədbirlərin keçirilməsinin əsas məqsədi şagirdlərin bir şəxsiyyət kimi formalaşması, mənəvi aləminin zənginləşməsi, bədii təxəyyülün, obrazlı və məntiqi təfəkkürünün, idraki bacarıqlarının inkişafında mütaliə mədəniyyətinin, kitabın mühüm rolunun təbliğindən ibarətdir. Oxuyan və oxuduğunu yaxşı dəyərləndirən öndədir və fərqlidir, müzakirəsi və mübarizəsi ən yaxşı olan biridir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi