“SketchUP proqramında ən yaxşı üçölçülü model – 2024” Respublika müsabiqəsi

Aprelin 20 – də 283 nömrəli tam orta məktəbin informatika müəllimi Naidə İsayevanın təşkilatçılığı ilə orta məktəb şagirdləri arasında “SketchUP proqramında ən yaxşı üçölçülü model – 2024” Respublika müsabiqəsi  keçirilmişdir. Müsabiqədə respublikanın müxtəlif bölgələrindən: Bakı, Xırdalan, Sumqayıt, Balakən, Xaçmaz, Xızı, İsmayıllı, Sumqayıt, Şamaxı, Şəki, Yardımlı, Zaqatala, Quba şəhərlərindən VII, VIII, IX və X siniflər üzrə 78 nəfər şagird iştirak edib. Bu ilki tapşırıq SketchUP proqramında “Azərbaycan Dəmiryol Muzeyi”nin 3D modelinin qurulması idi.

Müsabiqənin Bakı şəhəri üzrə mərkəzində 283 nömrəli tam orta məktəbin direktoru Fuad Babayev, Azərbaycan Respublikası Təhsil İnstitutu Tədris resursları Mərkəzinin direktor müavini İsmayıl Sadıqov, Azərbaycan Respublikası Təhsil İnstitutu Tədris Resursları Mərkəzinin şöbə müdiri Əsgər Quliyev, Elm və Təhsil Nazirliyinin eksperti, İdrak liseyinin İnnovativ təhsil texnologiyalar departamentin rəhbəri Gülnarə Səlimova,  Bakı Avropa liseyinin informatika müəllimi Şəfəq Ələkbərova, məktəbin təlim – tərbiyə işləri üzrə direktor müavini Sevinc Musayeva iştirak edirdilər.

Şagirdlər müvafiq zaman müddətində verilən tapşırığı yerinə yetirdilər. Bütün işlər toplanaraq ekdpert qrupuna təqdim edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi