Milli dəyərlərimiz tariximiz, mövcudluğumuz, kimliyimizdir

Aprelin 16 – da  məktəbin kitabxana müdiri Sevinc Rəhimovanın təşkilatçılığı ilə  Bakı Şəhəri üzrə Təhsil İdarəsinin “Dəyərlərimizi qoruyaq” adlı layihəsi çərçivəsində "Milli dəyərlərimiz tariximiz, mövcudluğumuz, kimliyimizdir" adlı tədbir keçirildi.

Adətlər, ənənələr və mərasimlər Azərbaycan xalqının zəngin mədəni irsidir. Bu məqsədlə tədbirdə İştirakçilara milli dəyərlərimizə həsr olunmuş kitab sərgisi və qədim əşyalar nümayiş olundu. 8b sinif şəgirdləri Qönçə Mürşüdlü, Amil Rzayev, Müslüm Əhmədov, Fatimə Səlimli, İsmayıl Oğuz, Fidan Qədirova hər bir bölgənin adət - ənənələrini, milli dəyərlərini əks etdirən şəkillər əsasında çıxışlar etdilər. 

Tədbirin keçirilməsində əsas məqsəd şagirdlərdə milli ruhu oyatmaq, Azərbaycanın qədim abidələrini, daş yaddaşını, yaşam tərzini, milli əxlaqi dəyərlərini, milli mədəniyyətini yaxından tanıtmaq olmuşdur.

Sevinc Rəhimova xalqımızın mənəvi dünyasını zənginləşdirən, tariximizi, mədəniyyətimizi ucaldan, milli dəyərlərimizi qoruyub saxlamaq hər bir vətəndaşın müqəddəs borcu olduğunu iştirakçıların diqqətinə çatdırdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi