Qohum nikahlar genetik xəstəlikləri artıran önəmli faktordur

Aprelin 16 – da  məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçı Sevda Rzayevanın, UBTR Samirə İbrahimovanın, məktəbin həkimi Ülviyyə Mirzəyevanın, tibb bacısı Yeganə Daşdəmirovanın, məktəbin biologiya müəllimi Nəzakət Məmmədlinin təşkilatçılığı ilə 8ç sinif şagirdləri ilə “Qohum nikahlar genetik xəstəlikləri artıran önəmli faktordur” adlı maarifləndirici görüş keçirildi.

Məktəbin biologiya müəllimi Nəzakət Məmmədli qohumlar arasında nikahın bir sıra bioloji, psixoloji, fizioloji, mənəvi və sosial-iqtisadi fəsadları haqqında zəruri informasiyaları şagirdlərə ötürdü. Nəzakət Məmmədli xüsusilə qeyd etdi ki, müxtəlif təbii coğrafi iqlim şəraitində böyüyən bütün bioloji orqanizmlər həmin mühitə orqanizmin adaptasiya olunması üçün xüsusi genlər hazırlayır. Müxtəlif təbii coğrafi iqlim şəraitində böyüyən insanlarda fərqli təbii genetik proqram formalaşdığını söylədi. Əgər bu cür ayrı-ayrı insanlar ailə qurursa, yeni nəslin daha çox fərqli genlər almaq şansı artdığını qeyd etdi.  Qohum evliliyindən doğulan uşaqlar günümüzün xəstəliklərinə qarşı davamsız olduğunu şagirdlərin diqqətinə çatdırdı.

Məktəbin həkimi Ülviyyə Mirzəyeva qohum evlilikləri zamanı orqanizmində xromosomlar və onların genlərində baş verən dəyişikliklərin nəticəsində yaranan irsi xəstəliklər olan hemofiliya, talassemiya, daun sindiromu, şəkər xəstəlikləri haqqında danışdı. Doğulan fiziki məhdudiyyətli uşaqların əksəriyyətinin qohum evliliklər nəticəsində dünyaya gəldiyini qeyd etdi. 

Məktəbin məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçısı Sevda Rzayeva iştirakçılara öz təşəkkürünü bildirərək, bu istiqamətdə maarifləndirmə işlərinin aparılmasını və insanlara qohum evliliklərinin mənfi fəsadları haqqında zəruri informasiyaların verilməsi istiqamətində görülən işlərin təqdirəlayiq olduğunu söylədi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi