“Erkən nikahın fəsadları” adlı maarifləndirici görüş

          Aprelin 15 – də məktəbdənkənar və sinifdənxaric işlər üzrə tə.kilatçı Sevda Rzayevanın, UBTR Samirə  İbrahimovanın, məktəbin psixoloqu Ülkər Məmmədlinin təşkilatçılığı ilə 8a sinif şagirdləri ilə  “Erkən nikahın fəsadları” adlı maarifləndirici görüş keçirildi.

        Məktəbin psixoloqu Ülkər Məmmədli çıxışı zamanı yetkinlik yaşına çatmayanların hüquqlarının müdafiəsi, cəmiyyətin əsas sosial problemlərindən biri olan erkən nikahla mübarizə ilə əlaqədar həyata keçirilən tədbirlər, normativ hüquqi aktlarda nikah yaşı, erkən nikahı yaradan səbəblər, onların fəsadları, erkən nikaha məcbur edilən qızların fiziki və psixoloji vəziyyətlərində yaranan problemlər barədə geniş məlumat verdi. Eyni zamanda Azərbaycan Respublikasının Cinayət Məcəlləsində yetkinlik yaşına çatmayan şəxsləri nikaha daxil olmağa məcbur edən şəxslər barədə nəzərdə tutulan cinayət məsuliyyəti haqqında şagirdləri məlumatlandırdı.

          Görüş qarşılıqlı müzakirələrlə davam etdirildi və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi