Tariximizin qan yaddaşı

Martın 29 – da məktəbin tarix müəllimi Şəfiqə Tağıyevanın təşkilatçılığı ilə 31 Mart soyqırım gününə həsr olunmuş "Tariximizin qan yaddaşı" adlı dəyirmi masa keçirildi. Dəyirmi masa Azərbaycan Respublikasınını Dövlət Himninin səsləndirilməsi ilə başladı. Soyqırım qurbanlarının, vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.

Təşkilatçı Şəfiqə Tağıyeva çıxış edərək bildirdi ki, Ümummilli lider, ulu öndər Heydər Əliyevin "Azərbaycanlıların soyqırımı" haqqında 26 mart  1998-ci il tarixli fərmanı ilə bu soyqırıma əsl hüquqi qiymət verilmişdir. Şəfiqə Tağıyeva minlərlə dinc azərbaycanlı əhalinin yalnız milli mənsubiyyətinə görə məhv edilməsini, evlərə od vurulmasını, insanları olmazın işgəncələrlə öldürülməsini, milli memarlıq incilərinin, məktəblərin, xəstəxanaların, məscid və digər abidələrin dağıdılmasını, Bakı və digər bölgələrin böyük bir hissəsinin ermənilər tərəfindən xarabalığa çevrildiyini söylədi.

Şagirdlər soyqırıma həsr olunmuş şeirlər səsləndirib, səhnəciklər nümayiş etdirdilər və təqdimatlarında ulu öndər Heydər Əliyevin uğurlu siyasətini davam etdirən Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində həm torpaqlarımızın azad edildiyi, həm də şəhidlərimizin və soyqırım qurbanlarının  qisasinın  alındığını qeyd etdilər.

Sonda məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçı Sevda Rzayeva tədbir iştirakçılarına təşəkkürünü bildirərək müasir gəncliyin əsas  vəzifəsinin tariximizi dəqiq  öyrənməli və qonşularımızın  kimlər  olduğunu heç vaxt yaddan çıxarmamalarını söylədi. Sevda Rzayeva soyqırım zamanı xüsusi amansızlıqla, ağlasığmaz işgəncələrlə qətlə yetirilənlər sırasında azyaşlıların və silahsız qadınların olması faktının faciənin ağırlığını bir daha sübut etdiyini vurğuladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi