“İdman həftəsi” layihəsi – V gün
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin “İdman həftəsi” layihəsinin keçirilməsi barədə təlimatına, 27.02.2024 – cü il tarixli 35 № - li əmrdən çıxarışa müvafiq olaraq martın 1 – dən proqrama uyğun olaraq layihənin həyata keçirilməsinə start verildi. Layihənin keçirilməsində məqsəd təhsilalanların idmana olan marağının artırılması, idman və bədən tərbiyəsinin inkşafı, sağlamlıqlarının möhkəmləndirilməsi və sağlam həyat tərzinin təbliği ilə bağlı zəruri informasiyaların ötürülməsi olmuşdur.
"İdman həftəsi" layihəsinin proqramına uyğun olaraq martın 7 – də məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçı Sevda Rzayevanın təşkilatçılığı ilə məktəbin VII, VIII sinif şagirdləri ilə “Mübariz, iradəli və sağlam olaq üçün idmanla məşğul olmalıyıq” mövzusunda esse yazı keçirildi. Şagirdlər təyin olunmuş vaxt ərzində esse yazılarını yekunlaşdırdılar.