“İdman həftəsi” layihəsi –  IV gün

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin “İdman həftəsi” layihəsinin keçirilməsi barədə təlimatına, 27.02.2024 – cü il tarixli 35 № - li əmrdən çıxarışa müvafiq olaraq martın 1 – dən proqrama uyğun olaraq layihənin həyata keçirilməsinə start verildi. Layihənin keçirilməsində məqsəd təhsilalanların idmana olan marağının artırılması, idman və bədən tərbiyəsinin inkşafı, sağlamlıqlarının möhkəmləndirilməsi və sağlam həyat tərzinin təbliği ilə bağlı zəruri informasiyaların ötürülməsi olmuşdur.

"İdman həftəsi" layihəsinin proqramına uyğun olaraq martın 6 – da məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçı Sevda Rzayevanın, məktəbin fiziki tərbiyə müəllimləri Rəşad Səfərovun, Nailə Məmmədovanın və İlahə Ağazadənin təşkilatçılığı proqrama müvafiq olaraq  “Şən statlar” estafet yarışı, və X sinif şagirdləri arasında qol güləşi keçirildi.

Estafet oyunları şagirdlərin hərəki qabiliyyətlərinin inkişafında müstəsna rol oynayır. Şagirdlər yüksək rəqabət hissi ilə hərəkətləri düzgün və çevikliklə icra edərək estafet oyunlarını nümayiş etdirdilər.

Məktəbin fiziki tərbiyə müəllimi Rəşad Səfərov qədim kökənə malik qol güləşinin tarixi, bir çox sirləri, maraqlı məqamları, döyüş qaydaları və texnikası haqqında məlumat verdi. Sonra şagirdlər arasında yarış təşkil olundu.

“İdman həftəsi” layihəsi davam edir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi