“İdman həftəsi” layihəsi –  III gün

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin “İdman həftəsi” layihəsinin keçirilməsi barədə təlimatına, 27.02.2024 – cü il tarixli 35 № - li əmrdən çıxarışa müvafiq olaraq martın 1 – dən proqrama uyğun olaraq layihənin həyata keçirilməsinə start verildi. Layihənin keçirilməsində məqsəd təhsilalanların idmana olan marağının artırılması, idman və bədən tərbiyəsinin inkşafı, sağlamlıqlarının möhkəmləndirilməsi və sağlam həyat tərzinin təbliği ilə bağlı zəruri informasiyaların ötürülməsi olmuşdur.

"İdman həftəsi" layihəsinin proqramına uyğun olaraq martın 5 – də məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçı Sevda Rzayevanın, məktəbin biologiya müəllimi Nəzakət Məmmədlinin, məktəbin həkimi Ülviyyə Mirzəyevanın, tibb bacısı Yeganə Daşdəmirovanın təşkilatçılığı ilə “Sağlam gələcəyin təməli sağlam qidalanmadır” adlı dəyirmi masa keçirildi. Məktəbin tibb bacısı Yeganə Daşdəmirova sağlam yaşamağın açarının ilk növbədə insanın nə dərəcədə sağlam qidalanmasından asılı olduğunu söylədi. Bunun üçün gün ərzində yediyimiz qidaların nə qədər faydalı olduğuna diqqət yetirmələrinin zəruriliyini vurğuladı. Qida ilə paralel olaraq sağlam yaşam tərzində suyun düzgün qəbulu qaydalarını şagirdlərin diqqətinə çatdırdı.

Məktəbin biologiya müəllimi Nəzakət Məmmədli şagirdlərin diqqətini qida rasionunun  və həyat tərzinin düzgün seçilmədiyi təqdirdə qarşılaşacaqları piylənmə, şəkərli diabet, ürək-damar xəstəlikləri, yüksək qan təzyiqi və insult xəstəlikləri  haqqında maarifləndirici məlumatlara yönəltdi.

Məktəbin fiziki tərbiyə müəllimləri proqrama müvafiq olaraq şagirdlər arasında “Ən sürətli qaçış” yarışını təşkil etdilər. Yarışdan öncə düzgün qaçış duruşu, sürətli qaçışla qaçış arasındakı fərqləri şagirdlərə izah etdilər.

“İdman həftəsi” layihəsi davam edir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi