“İdman həftəsi” layihəsi – səhər gimnastikası

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin “İdman həftəsi” layihəsinin keçirilməsi barədə təlimatına, 27.02.2024 – cü il tarixli 35 № - li əmrdən çıxarışa müvafiq olaraq martın 1 – dən proqrama uyğun olaraq layihənin həyata keçirilməsinə start verildi. Layihənin keçirilməsində məqsəd təhsilalanların idmana olan marağının artırılması, idman və bədən tərbiyəsinin inkşafı, sağlamlıqlarının möhkəmləndirilməsi və sağlam həyat tərzinin təbliği ilə bağlı zəruri informasiyaların ötürülməsi olmuşdur.

"İdman həftəsi" layihəsinin proqramına uyğun olaraq martın 1 – də səhər gimnastikası keçirildi və fiziki tərbiyə müəllimləri tərəfindən şagirdlərə idman növləri haqqında məlumat verildi.

Şagirdlərə gimnastik hərəkətlərin faydaları, sağlamlığa və əzələlərə müsbət təsirləri, davamlı yerinə yetirildikdə isə dözümlülüyün artması və hərəkətlərin dəqiqliyinin formalaşması haqqında maarifləndirici məlumatlar verildi.

“İdman həftəsi” layihəsi davam edir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi