1 Mart – Ümumdünya Mülki Müdafiə Günü

Martın 1 – də məktəbdə “1 Mart  Ümumdünya Beynəlxalq Mülki Müdafiə Günü” qeyd olundu. Məktəbin Mülki Müdafiə Tədbirlər Planına müvafiq olaraq “Ümumdünya Mülki Müdafiə Günü”nə həsr olunmuş maarifləndirici dərslər, görüşlər, tədbir keçirildi. Keçirilən maarifləndirici görüşlərdə, dərslərdə məktəb rəhbərliyi, Mülki Müdafiə Qərargahının rəisi Svetlana Kərimova, təlim – tərbiyə işləri üzrə direktor müavini Sevinc Musayeva, sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri təşkilatçı Sevda Rzayeva, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Fiziki tərbiyə və çağırışaqədər hazırlıq kafedrasının müdiri palkovnik Telman Tağıyev, həmin kafedranın baş müəllimi Əvəz Sadıqov, baş müəllim Sərdar Rəsulov,  məktəbin hərbi rəhbəri Dərgah Əliquliyev və təcrübəçi tələbələr iştirak etdilər.

Keçirilən dərslərdə məktəb rəhbərliyi şagirdlərə Mülki Müdafiənin əhəmiyyəti, vəzifələri, fövqəlada hallara qarşı necə hazırlıqlı olmağın yolları haqqında məlumat verdi. Məktəbin Mülki Müdafiə qərərgahının rəisi Svetlana Kərimova  Beynəlxalq Mülki Müdafiə Təşkilatının yaranma tarixi və inkişaf yolu Azərbaycan bu təşkilata nəzaman daxil olub və bu təşkilata daxil olduqdan sonra rolu  rolu barəsində tədbir iştirakçılarına məlumat verdi.

Məktəbin hərbi rəhbəri Dərgah Əliquliyev keçirilən dərslərdə şagirdlərə yanğın, zəlzələ, qasırğa, sel və s. kimi təbii fəlakətlər zamanı təxliyə olunma, ilk tibbi yardım haqqında hansı tədbirlərin görülməsi ilə bağlı onlara maarifləndirici məlumatlar verdi.

Təcrübəçi müəllim Fiziki tərbiyə və çağırışaqədər hazırlıq müəllimliyi ixisasının IV kurs tələbəsi  Ayşən Babayevanın X sinifdə, Sevinc Nadirovanın IX sinifdə, Əfsanə Abdıyevanın V sinifdə, Rəfiqə Əliyevanın II sinifdə keçdikləri dərsləri dinlənildi.

Şagirdlər yanğın, zəlzələ, daşqın, uçqun, qasırğa və s. kimi təbii fəlakətlər zamanı hansı tədbirlərin görülməsi ilə bağlı bilgilərini zənginləşdirdilər, təbii fəlakət baş verərsə, ilkin tibbi yardım, xilasetmə işlərini əks etdirən təqdimatlar, rəsmlər nümayiş etdirdilər, səhnəciklər təqdim etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi