Ümumməktəb valideyn iclası

Fevralın 17 – də  məktəbdə bütün siniflər üzrə valideyn iclasları keçirildi. Ümumməktəb valideyn iclası öncədən məktəb rəhbərliyinin təyin etdiyi qrafikə uyğun olaraq ayrı – ayrı siniflər üzrə məktəbin akt zalında məktəb rəhbərliyinin iştirakı ilə, daha sonra sinif otaqlarında davam etdirildi.

İclasda 2023 – 2024 – cü tədris ilinin I yarımilin yekunları və II yarımildə qarşıda duran məsələlər, məktəbdə şagirdlərin təhlükəsizliyinin təminatı və psixoloji xidmətin düzgün və səmərəli təşkili kimi gündəlik məsələlər valideynlərin diqqətinə çatdırıldı, sinif rəhbərinin və fənn müəllimlərinin hesabatı dinlənildi.

İclasda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müvafiq təlimatına əsasən keçirilmiş monitorinqlərin nəticələri fənn müəllimləri tərəfindən təhlil olunaraq valideynlərin nəzərinə çatdırıldı və müzakirələr aparıldı.

Məktəb rəhbərliyi IX, XI siniflərdə ümumi orta təhsil kursu üzrə keçiriləcək buraxılış imtahanları haqqında valideynləri maraqlandıran sualları cavablandırdı və müvafiq tövsiyələr verdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi