3 № - li pedaqoji şura iclası
Fevralın 14 – də məktəbin akt zalında 3 № - li pedaqoji şura iclası keçirildi. Pedaqoji şura iclası başlamazdan öncə məktəbin Həmkarlar İttifaqı Komitəsinin hesabat – seçki yığıncağı keçirildi. Həmkarlar İttifaqı Komtəsinin gördüyü işlər barədə hesabat dinlənildi, Həmkarlar İttifaqı Komitəsinin yeni tərkibinin seçildi.
İclasda məktəb rəhbərliyinin gündəlikdə qarşıya qoyulmuş “Birinici yarımilin yekunları və ikinci yarımildə qarşıda duran məsələlər”, “Birinci yarımil üzrə aparılan məktəbdaxili qiymətləndirmənin nəticələri və proqram materialının yerinə yetirilməsi vəziyyəti”, “İkinci yarımil üzrə dərs bölgüsü barədə”, “Birinci yarımildə şagirdlərlə aparılan tərbiyəvi işin təşkili barədə hesabat”, “Birinci yarımildə məktəb kitabxanasının fəaliyyəti barədə”, “Cari məsələlər” ilə bağlı hesabatları və çıxışları pedaqoji şuraya təqdim olundu və bu məsələlər ətrafında müzakirələr aparıldı.