Maarifləndirici görüş
Fevralın 2 – də məktəbin akt zalında məktəb rəhbərliyinin sinif rəhbərləri, fiziki tərbiyə müəllimləri, məktəb psixoloqu ilə maarifləndirici görüşü keçirildi. Görüşün keçirilməsində əsas məqsəd məktəbdə şagirdlərin təhlükəsizliyinin təminatı, növbətçiliyin gücləndirilməsi, psixoloji xidmətin düzgün və səmərəli təşkili, şagirdlərin qadağan olunmuş əşyaları məktəbə gətirməmələri, sinif rəhbərlərinin vəzifə öhdəlikləri ilə bağlı işinə nəzarətin artırılması, etik davranış qaydalarına görə müəllimlər arasında rəğbətləndirmə tədbirlərinin tətbiq olunması haqqında zəruri məlumatlarla hər kəsi təlimatlandırmaq və müzakirələr apararaq müvafiq qərarlar qəbul etmək olmuşdur.
Eyni zamanda məktəb rəhbərliyi məktəbin Fəaliyyət Planına əsasən 30 yanvar 2024 – cü il 22 nömrəli əmrdən çıxarışa müvafiq olaraq Azərbaycan dili və ədəbiyyatı, Rus dili və ədəbiyyatı, İngilis dili fənlərinin tədrisi vəziyyətini öyrənmək və tədrisin keyfiyyətini yüksəltmək məqsədilə fənn aylığı çərçivəsində görüləcək işlər haqqında təlimatla fənn müəllimlərini tanış etdi.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 23 yanvar 2024 – cü il tarixli 3 – 29 – 59/3 – 2 – 38 F/2024 nömrəli əmrinə müvafiq olaraq təhsilalanların fəal və sağlam həyat tərzinin inkişaf etdirilməsi, gənclərin zərərli vərdişlərdən uzaqlaşdırılması, idmanın şagirdlər arasında kütləviləşdirilməsi, həmçinin Azərbaycanın idman şöhrətini yüksəldən idmançılarının tanıdılması məqsədilə görüləcək işlər haqqında fiziki tərbiyə müəllimləri məlumatlandırıldı.
Görüşün sonunda Azərbaycan Respublikasının Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Binəqədi Rayon Komitəsi tərəfindən “2 Fevral Gənclər Günü” münasibəti ilə məktəbin bir qrup fəal müəllimi: Abbaszadə Nərmin İmran qızı, Əsgərova Səbinə Fəxrəddin qızı, Quliyeva Aygün Silahdar qızı, Şirinova Xanım Çingiz qızı, Süleymanova Səfurə Yaqub qızı, Ağazadə İlahə Etibar qızı, Xasıyeva Gültəkin Fəxrəddin qızı, Məcidova Təranə Namiq qızı, məktəbin psixoloqu Ülkər Feyziyeva, məktəbin informatika laborantı Əsgərzadə Aytac Razin qızı gənc nəslin müstəqil həyata hazırlanmasında göstərdiyi şərəfli, fədakar əməyi, onların təlim tərbiyəsində üzərinə düşən vəzifəni layiqincə yerinə yetirilməsi münasibətilə Fəxri fərman və müxtəlif hədiyyələrlə mükafatlandırıldılar.
Mükafatlandırılan təhsil işçiləri göstərilən diqqət və qayğıya görə ATİAHİ və Binəqədi rayon komitəsinə dərin təşəkkürünü bildirdilər.