Dərsdinləmə
Məktəbin fəaliyyət planına əsasən yanvar ayında ayrı ayrı fənlər üzrə dərsdinləmələr davam edir. Məqsəd müəllimlərin məzmun standartlarını düzgün seçib reallaşdırma vəziyyətini, məqsədin reallaşmasına xidmət edən metod və üsulların düzgün seçilməsi, təlim nəticələrinin qiymətləndirilməsi, resurslardan istifadənin məqsədəuyğunluğunu öyrənməkdir.
Bu məqsədlə yanvarın 17 – də məktəbin təlim tərbiyə işləri üzrə direktor müavini Nuridə Qarayevanın iştirakı ilə məktəbin riyaziyyat müəllimi Sevinc Məmmədovanın rus bölməsini 8d sinfində riyaziyyat fənni üzrə “Rasional ədədlər üzərində əməllər” adlı dərsi dinlənilmişdir.
Fənn müəlliminin mövzunun şagirdlərə mənimsədilməsi üçün istifadə etdiyi resurslar, iş forma və üsulları, interaktiv tapşırıqlar dərsin mənimsənilməsini, şagirdlərin diqqətinin cəmlənməsini daha da artırdı. Həmçinin şagirdlər dərslərdə ağıllı lövhədən istifadə edərək, interaktiv tapşırıqları daha cəld yerinə yetirdilər.
Dərsdinləmənin sonunda müvafiq metodiki tövsiyələr verildi.