Dərsdinləmələr davam edir

Məktəbin fəaliyyət planına əsasən dekabr ayında ayrı ayrı fənlər üzrə dərsdinləmələr davam edir.  Məqsəd müəllimlərin məzmun standartlarını düzgün seçib reallaşdırma vəziyyətini, məqsədin reallaşmasına xidmət edən metod və üsulların düzgün seçilməsi, təlim nəticələrinin qiymətləndirilməsi, resurslardan istifadənin məqsədəuyğunluğunu öyrənməkdir.

Bu məqsədlə dekabrın 29 – da məktəbin təlim tərbiyə işləri üzrə direktor müavini Nuridə Qarayevanın iştirakı ilə məktəbin biologiya müəllimi Siranə Əliyevanın rus bölməsini 6d sinfində təbiət fənni üzrə “İnsan orqanizmi” mövzusunda,  məktəbin riyaziyyat müəllimi Zülfiyyə Əliyevanın riyaziyyatdan 7d sinfində “Tojdestva” mövzusunda, məktəbin rus dili və ədəbiyyat müəllimi Lyudmila Alimovanın rus bölməsinin 5d sinfində rus dili dərsindən “İsim” mövzusunda dərsləri dinlənilmişdir.

Müəllimlərin mövzunun şagirdlərə mənimsədilməsi üçün istifadə etdikləri resurslar, iş forma və üsulları, interaktiv tapşırıqlar dərsin mənimsənilməsini, şagirdlərin diqqətinin cəmlənməsini daha da artırdı. Həmçinin şagirdlər dərslərdə ağıllı lövhədən istifadə edərək,  interaktiv tapşırıqları daha cəld yerinə yetirdilər.

Dərsdinləmənin sonunda müəllimlərə metodiki tövsiyələr verildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi