II və III siniflərdə monitorinq
Dekabrın 26 – da məktəb rəhbərliyinin təşkilatçılığı ilə II və III siniflər üzrə tədris dili və riyaziyyat fənlərindən monitorinq keçirildi. Monitorinqin keçirilməsində əsas məqsəd təhsilalanlarda müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığını müəyyən etmək, ibtidai təhsil səviyyəsində keyfiyyətin artırılması istiqamətində tədbirlər görmək, şagirdlərin gələcək inkişafına və müəllimlərin peşəkarlığının təkmilləşməsinə dəstək olmaqdan ibarət olmuşdur.
Şagirdlər təqdim olunan sualları müvafiq zaman çərçivəsində yerinə yetirib məsul şəxsə təhvil verdilər.