Dərsdinləmələr davam edir
Məktəbin fəaliyyət planına əsasən dekabr ayında dərsdinləmələr davam edir. Məqsəd müəllimlərin məzmun standartlarını düzgün seçib reallaşdırma vəziyyətini, məqsədin reallaşmasına xidmət edən metod və üsulların düzgün seçilməsi, təlim nəticələrinin qiymətləndirilməsi, resurslardan istifadənin məqsədəuyğunluğunu öyrənməkdir.
Bu məqsədlə dekabrın 28 – da məktəbin təlim tərbiyə işləri üzrə direktor müavini Nuridə Qarayevanın, valideynlərin iştirakı ilə məktəbin rus bölməsinin ibtidai sinif müəllimi Nailə Mahmudovanın 3d Həyat bilgisi fənnindən “Ailə büdcəsi”, Leyla Süleymanovanın 4ə sinfində “Bucaqlar”, Afaq Məmmədovanın 1d sinfində “Geyimlər” mövzusunda dərsləri dinlənildi.
Müəllimlərin mövzunun şagirdlərə mənimsədilməsi üçün istifadə etdiyi resurslar, iş forma və üsulları, interaktiv tapşırıqlar dərsin mənimsənilməsini, şagirdlərin diqqətinin cəmlənməsini daha da artırdı.
Dərsdinləmənin sonunda hər üç müəllimə metodiki tövsiyələr verildi.