Fənn aylıqları
Məktəbin fəaliyyət planına əsasən dekabr ayında dərsdinləmələr davam edir. Məqsəd müəllimlərin məzmun standartlarını düzgün seçib reallaşdırma vəziyyətini, məqsədin reallaşmasına xidmət edən metod və üsulların düzgün seçilməsi, təlim nəticələrinin qiymətləndirilməsi, resurslardan istifadənin məqsədəuyğunluğunu öyrənməkdir.
Bu məqsədlə dekabrın 19 – da məktəbin təlim tərbiyə işləri üzrə direktor müavini Nuridə Qarayevanın, valideynlərin iştirakı ilə məktəbin rus bölməsinin ibtidai sinif müəllimi Günay Əşrəfovanın 4e sinfində tədris dilindən “Окончания существительных мужского, женского, среднего рода в именительном падеже множественного числа” adlı dərsi dinlənildi.
Dərsdə Günay Əşrəfovanın mövzunun şagirdlərə mənimsədilməsi üçün istifadə etdiyi resurslar, iş forma və üsulları, interaktiv tapşırıqlar dərsin mənimsənilməsini, şagirdlərin diqqətinin cəmlənməsini daha da artırdı.
Dərsdinləmənin sonunda müəllimə metodiki tövsiyələr verildi.