Tennis turniri I yer

Bakı Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə dekabrın 18 – də  276 nömrəli tam orta məktəbdə Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə həsr olunmuş məktəblilər arasında stolüstü tennis üzrə Binəqədi rayon turniri keçirilib.

Turnirdə 10 məktəbdən 20 oğlan və 10 qız olmaqla ümumilikdə 30 idmançı qalib ünvanına sahib olmaq üçün mübarizə aparıb.

Turnirinin nəticəsinə əsasən məktəbin komandası turnurin qalibi olub.

Qaliblərin mükafatlandırılması mərasimində BŞGİİ-nin Binəqədi rayonu üzrə gənclər və idman sektorunun baş məsləhətçisi Elvin Quliyev və 276 nömrəli tam orta məktəbin direktoru Bəhram Şiriyev iştirak edib.

Məktəbin qalib komandasını təbrik edir, hər zaman qaliblər sırasında olmağı arzu edirik!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi