Monitorinq 2

Dekabrın 14 – də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müvafiq təlimatına əsasən məktəbin VII və IX siniflərində tədris dili, riyaziyyat və ingilis dili fənləri üzrə Monitorinq 2 təşkil olundu. Eyni monitorinq materialları həm 7 – ci siniflərə, həm də 9 – cu siniflərə təqdim olundu. Monitorinqin keçirilməsində məqsəd 7 – ci siniflərin mövcud vəziyyətini, 9 – cu siniflərin isə 5 – 7 – ci sinif səviyyəsində olan problemlərini müəyyənləşdirməkdən ibarət olmuşdur.
Monitorinq 2 – də məktəbin həm Azərbaycan həm də rus bölməsi üzrə şagirdlərin iştirakı tam təmin olunmuşdur. Şagirdlər müvafiq zaman müddətində təqdim olunan sualları cavablandırdılar.