Fənn aylıqları

Məktəbin fəaliyyət planına əsasən dekabr ayında Azərbaycan dili və ədəbiyyat fənlərinin tədrisi vəziyyətinin öyrənilməsi nəzərdə tutulmuşdur. Məqsəd müəllimlərin məzmun standartlarını düzgün seçib reallaşdırma vəziyyətini, məqsədin reallaşmasına xidmət edən metod və üsulların düzgün seçilməsi, təlim nəticələrinin qiymətləndirilməsi, resurslardan istifadənin məqsədəuyğunluğunu öyrənməkdir.

Bu məqsədlə dekabrın 11 – də məktəbin təlim tərbiyə işləri üzrə direktor müavini Nuridə Qarayevanın, fənn metodbirləşmə sədri Həlimə Mahmudovanın iştirakı ilə məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Elmira Allahverdiyevanın rus bölməsinin 8e sinfində “Səkkiz hərf”, Tamilla Babayevanın rus bölməsinin 7d sinfində “Diplomsuz mühəndis” adlı dərsləri dinlənilmişdir.

Hər iki  müəllimin mövzunun şagirdlərə mənimsədilməsi üçün istifadə etdikləri resurslar, iş forma və üsulları, interaktiv tapşırıqlar dərsin mənimsənilməsini, şagirdlərin diqqətinin cəmlənməsini daha da artırdı.

Dərsdinləmənin sonunda hər iki müəllimə metodiki tövsiyələr verildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi